Tor (zenit-raket kompleksi)

9K330 Tor
Tipi Zenit-raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1986 – davam edir
İstismara başlanması 1986
İstismar edənlər İstifadəçilər siyahısına bax
İstifadə edilən döyüşlər Rusiya-Gürcüstan müharibəsi
İstehsal tarixçəsi
Konstruktor

Almaz-Antey:

  • Antey konstruksiya bürosu (baş konstruktor)
  • MKB Fakel (raket konstruktoru)
  • MNIIRE Altair (dəniz variantının konstruktoru)
Konstruksiya tarixi 1975
İstehsal illəri 1983 – davam edir
Variantları Tor, Tor-M1, Tor-M2, Tor-M1-2U
Xüsusiyyətləri
Ağırlığı 34 ton
Sürət 65 km/s
Əsas silah 9M330, 9M331 raketi
Uzunluğu 7.5 m
Eni 3.3 m
Hündürlüyü 5.1 m
Ekipaj 3 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatlarıqısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir.[1] 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur.[2] Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.

  1. "Российские зенитные ракетные комплексы «Тор» на международной авиационно- космической выставке «Аэрошоу Чайна – 2014»". dokwar.ru. 29 March 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2018.
  2. Ermənistanı qorxuya salan Azərbaycanın zenit-raket kompleksi[ölü keçid]

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy